Bakıda oğru satıcını bıçaqlayıb, ətrafdakılara hücum etdi - VİDEO

18:53 - 26 Fevral 2020 - Xəbər

Bakıda kişi bıçaqla şəhər sakinlərinə hücum edib.

Ucnoqta.az xəbər verir ki, bununla bağlı Oxu.Az videogörüntülər əldə edib. Bakı Şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə paytaxtın Yasamal rayonunda yerləşən marketlərin birindən oğurluğa cəhd edən şəxs tərəfindən törədilib:

“Onun hərəkətlərinin qarşısı satıcı tərəfindən alınarkən ona bıçaq xəsarəti yetirməklə, həmin ünvandan qaçmağa çalışıb. Ərazidə xidmətdə olan Yasamal Rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının çevik və operativ müdaxiləsi ilə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan, 1977-ci il təvəllüdlü Ramin Cavadov saxlanılaraq, 27-ci Polis Bölməsinə təhvil verilib”.

E.Hacıyev qeyd edib ki, faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər xətti