Azərbaycanda dəhşətli cinayətin qurbanlarının kimlikləri bilindi

16:57 - 26 Fevral 2020 - HADİSƏ

Masallı rayonunda törədilən dəhşətli qətl hadisəsi nəticəsində ölənlərin və yaralının kimliyi məlum olub. 

Bu gün günorta saatlarında rayonun Təzəkənd kəndində kənd sakini, 1988-ci il təvəllüdlü Ağayev Sarvan Azayxan oğlu keçmiş qayınanası Nəbiyeva Zemfira Ələsgər qızının evinə gələrək, orada mübahisə edib.

Mübahisə nəticəsində o, özü ilə gətirdiyi ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 1999-cu il təvəllüdlü Nəbiyeva Alimə Əli qızını güllələyərək qətlə yetirib.

S.Ağayev daha sonra keçmiş qaynı, 1995-ci Nəbiyev Miralim Əli oğlunu və qayınanası, 1977-ci il təvəllüdlü Nəbiyeva Zəmfira Ələsgər qızını güllələyib.

Hadisə nəticəsində M.Nəbiyev də hadisə yerində ölüb, Z. Nəbiyeva isə ağır bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra S.Ağayev özünü də boğazından güllələyib.

Faktla bağlı araşdırma aparılır./trend

Xəbər xətti