İrandan gələn daha 34 nəfər xəstəxanaya yerləşdirilib

İran İslam Respublikasından Azərbaycana qayıdan daha 34 nəfər xəstəxanaya aparılıb.

İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərindən gələn 34 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onların səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam edəcək.

Onların əksəriyyəti İranda dini təhsil alan tələbələrdir.

Bununla da Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilənlərin sayı 57 nəfərə çatıb.

Xatırladaq ki, ötən gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına 23 nəfər karantin məqsədi ilə xəstəxanaya yerləşdirilib./report

Tarix
26 Fevral 2020 [09:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-26 09:20:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin