Daha bir ölkədə koronavirusa rast gəlindi

21:33 - 25 Fevral 2020 - DÜNYA

İsveçrədə koronavirusa ilk yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal hökumətin yaydığı məlumatda deyilir. Koronaviruslu xəstə ölkənin cənubundakı Tiçino şəhərində italyandilli kantonda yaşayır.

Qeyd edək ki, İtaliyanın Kataloniya muxtar vilayətində də Covid-19-a rast gəlinib.

Xəbər xətti