İlk Novruz hədiyyəniz Azercell-dən olsun!

Telekommunikasiya sahəsində hər zaman istifadəçilərinə rəngarəng həllər təqdim edən “Azercell Telekom” MMC qarşıdan gələn Novruz bayramı ərəfəsində fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir.

Novruz adət-ənənəsinə görə, hər çərşənbə təbiətin Su, Od, Yel və Torpaq kimi 4 əsas ünsürünün oyanması qeyd edilir. Bu il də hər zaman olduğu kimi,  Azercell öz abunəçilərini sevindirməyə davam edir və xüsusi kampaniyaya start verir. Belə ki, Azercell fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı xüsusi endirimlərdən yararlanmaq imkanı yaradır.

Bayramın ilk kampaniyası fevral ayının 25-i bütün fakturasız xətt abunəçiləri üçün “Sərbəst 15” tarifinə qoşulma zamanı 20% endirim kampaniyası oldu.
Azercell yalnız bayram günlərində deyil, eləcə də bütün il boyu evlərinizin sevinclə dolu olmasını arzu edir!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Tarix
25 Fevral 2020 [16:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-25 16:50:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin