Vilayət Eyvazov Əhəd Abıyevin qardaşına yüksək vəzifə verdi

16:33 - 25 Fevral 2020 - Xəbər

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi baş tutub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, polis polkovniki Zəfər Abıyev DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisinin müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Zəfər Abıyev Daşkəsənin icra başçısı Əhəd Abıyevin qardaşıdır./oxu.az

Xəbər xətti