Güclü külək rayonlarda fəsadlar törədib

13:40 - 25 Fevral 2020 - ÖLKƏ İÇİ

Güclü külək Ağdam, Tərtər və Bərdə rayonlarında fəsadlar törədib.

 Tərtər şəhər 6 saylı orta məktəbin dam örtüyünü və rayonun Hacı Qərvənd kəndində bir neçə evin damıı külək uçurub. Həmçinin güclü külək Ağdamda ağacları kökündən qoparıb.

Oxşar hadisələr Bərdə rayonunda da qeydə alınıb.
Hazırda qeyri sabit hava şəraiti ilə bağlı yaşayış məntəqələrinin çoxuna elektrik enerjisinin verilişi dayandırııb./apa


Xəbər xətti