Bakıda polisi qardaşı qətlə yetirdi

09:22 - 25 Fevral 2020 - HADİSƏ

Bakıda polis əməkdaşı qətlə yetirilib.

Hadisə paytaxtın Nərmanov rayonunda baş verib.

Bakı şəhər sakini, 1993-ci il təvəllüdlü Ramazanov Araz İrza oğlu Nərimanov rayonu, M.Nağıyev küçəsi 3, mənzil 1-də yaşadığı ünvanda qardaşı, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşı, 1989-cu il təvəllüdlü Ramazanov Anar İrza oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində Araz Ramazanov qardaşı Anar Ramazanovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Hadisəni törədən şəxs saxlanılıb./trend

 

Xəbər xətti