MSK daha bir məntəqədə səsvermənin nəticəsini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 108 saylı Ağstafa seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Həmin dairədən deputatlığa namizəd Başxanım Abbasovanın MSK-ya müraciət edərək dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib. MSK üzvü Validə Kazımova bildirib ki, müraciət komissiya tərəfindən araşdırılıb və həmin dairə üzrə yalnız 26 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv edilməsi üçün hüquqi əsaslar yaranıb. V.Kazmova həmin məntəqədə səsvermənin nəticəsinin ləğv edilməsini təklif edib.

Təklif səsə qoyularaq qəbul olunub./trend

Tarix
24 Fevral 2020 [19:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-24 19:27:42
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin