İrandan qayıdan 4 nəfərdə koronavirus aşkarlanıb

13:45 - 24 Fevral 2020 - DÜNYA

Bəhreyndə koronavirusa ilk yoluxma halı qeydə alınıb. Həmin şəxs İrandan qayıdıb. Bundan başqa, İranın Məşhəd şəhərini ziyarət edən və Küveytə qayıdan 3 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb.

Bu barədə “Haber7” məlumat yayıb. Bildirilir ki, Küveyt Səhiyyə Nazirliyi virusa yoluxan üç nəfərdən birinin Səudiyyə Ərəbistanı, digərinin Küveyt vətəndaşı olduğunu bildirib. Üçüncü şəxsin kimliyi açıqlanmır.

Səudiyyə Ərəbistanı infeksiyaya yoluxan vətəndaşının tam sağalana qədər Küveytdə qalacağını bəyan edib.
İraq Küveytin istəyi ilə Səfvan sərhəd keçid məntəqəsini bağlayıb. Küveyt Limanlar Qurumu isə  randan gələn gəmilərin ölkəyə girişinə qadağa qoyub.

Qeyd edək ki, İranda bu günə qədər virusa 43 yoluxma halı qeydə alınıb. “Haber7”nin son məlumatlara əsasən, ölənlərin sayının 12 olduğu açıqlanıb. Yoluxma Qum şəhərindən başlayıb.

Həkimlərin dediyinə görə, yoluxanların əksəriyyəti ya şəhər sakinləridir, ya da ora gediblər. /oxu.az

Xəbər xətti