Hikmət Hacıyev: “Münhendə bütün dünya Ermənistan tərəfinin yalanlarının şahidi oldu”

“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində təşkil edilən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikola Paşinyan arasındakı müzakirələr zamanı bütün Azərbaycan vətəndaşları və dünya ictimaiyyəti Ermənistan tərəfinin Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində irəli sürdüyü əsassız iddiaların və yalanların şahidi oldu”.

“Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Ermənistana qayıtdıqdan sonra Paşinyan boş ritorika və əsassız bəhanələrə əl ataraq özünü “təmizə çıxarmağa” çalışıb. Ermənistan cəmiyyəti və erməni ictimai xadimləri Paşinyanın çıxışı ilə bağlı artıq fikirlərini bildiriblər və onun mövqeyinin utancverici və zəif olduğuna işarə ediblər”, - H.Hacıyev bildirib.

Onun sözlərinə görə, Münhendəki debat bir daha göstərdi ki, Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı kimi vacib və mənalı platformada təqdim etdiyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın birmənalı və ədalətli mövqeyi dinləyicisini tapıb: “Bütün dünya ictimaiyyəti Ermənistanın destruktiv mövqeyinin, işğalı davam etdirmək üçün status-kvonu möhkəmləndirmək istəyinin şahidi oldu”./report

Tarix
24 Fevral 2020 [12:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-24 12:11:07
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin