Yunanıstan İtaliyaya təhsil səfərlərini ləğv edib

Yunanıstanın Təhsil Nazirliyi koronavirus səbəbi ilə İtaliyaya bütün təhsil səfərlərini ləğv edib.

Bu barədə Yunanıstan hökumətinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Nazir Niki Keramosun yeni sərəncamına qədər İtaliyaya planlaşdırılan bütün təhsil səfərləri ləğv edilir. Qonşu ölkədə təsdiqlənmiş koronavirus hallarıdan sonra və İctimai Səhiyyə Milli Təşkilatının tövsiyələrinə uyğun olaraq şagirdlərimizi, tələbələrimizi, müəllimlərimizi yoluxucu xəstəliklərdən qorumaq üçün qabaqlayıcı tədbirlər görürük".

Qeyd edilir ki, bütün təhsil müəssisələrinə müvafiq məktublar göndəriləcək.

Xatırladaq ki, İtaliyada yeni növ koronavirusdan 3 nəfər dünyasını dəyişib, 150 nəfərdən artıq insan xəstəliyə yoluxub./trend

 

Tarix
24 Fevral 2020 [09:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-24 09:31:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin