Türkiyədə daha bir zəlzələ olub

Türkiyənin Manisa əyalətində 4,7 bal gücündə zəlzələ baş verib. Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Akhisar şəhərindən 7 kilometr şimalda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib. Türkiyə KİV-lərinin məlumatına sasən, yeraltı təkanlar İzmir, Bursa və İstanbul şəhərlərində də hiss edilib. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Xatırladaq ki, ötən gün İranın Türkiyə ilə sərhədi yaxınlığında Qərbi Azərbaycan vilayətində 5,7 və 5,9 bal gücündə zəlzələlər baş verib. Zəlzələlər nəticəsində İranda 75 nəfər xəsarət alıb, Türkiyənin Van əyalətində isə 9 nəfər həlak olub, təxminən 50 nəfər xəsarət alıb.
Tarix
24 Fevral 2020 [08:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-24 08:36:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin