MSK Sumqayıt 3-cü Seçki Dairəsi ilə bağlı qərar verdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsi ilə bağlı müraciətə baxılıb.

İclasda bildirilib ki, həmin dairə üzrə namizəd Mehriban Mirzəliyevanın müraciətində həmin dairə üzrə seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü Qabil Orucov bildirib ki, müvafiq dairə seçki komissiyası tərəfindən aparılan araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları öz təsdiqini tapmayıb və seçicilərin iradəsinə təsir edəcək hər hansı bir hal qeydə alınmayıb.

Q.Orucov təklif edib ki, şikayət əsassız hesab edilsin və DSK-nın qərarı qüvvədə saxlanılısın. Təklif səsə qoyularaq qəbul edilib./trend

Tarix
23 Fevral 2020 [17:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-23 17:44:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin