İdlibdə Türkiyə hərbçisi şəhid olub.
Bu barədə Qaziəntəp əyalətinin hökuməti "Tvitter"də məlumat verib. “Əsəd rejiminin gücləri tərəfindən İdlib rayonunda buraxılan bombanın partlaması nəticəsində hərbçimiz həyatını itirib”,-  deyə paylaşımda qeyd olunub.
Qeyd edək ki, son günlər Suriyada vəziyyət son dərəcə gərgindir. Gərginliyə səbəb türk yönümlü silahlıların Suriya şəhərlərini atışmaya tutmasıdır./modern.az 
                       
                                             
                                                        
