MSK daha bir məntəqədə səsvermənin nəticələrini ləğv etdi

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 83 saylı Ağcəbədi-Füzuli seçki dairəsi ilə bağlı müraciətə baxılıb.

Məlumata görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir sıra seçki məntəqələrində seçki prosesinin pozulduğu qeyd edilib.

MSK üzvü İlham Məmmədov bildirib ki, araşdırmalar zamanı həmin dairə üzrə baş verildiyi iddia edilən pozuntu halları yalnız 9 saylı seçki məntəqəsində öz təsdiqini tapıb. Həmin məntəqədə seçicilərin iradəsinə təsir edə biləcək hallar müəyyən edilib. O bildirib ki, 9 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv ediməsi üçün hüquqi əsaslar yaranıb. O həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini təklif edib. Təklif səsə qoyularaq qəbul edilib./trend

Tarix
22 Fevral 2020 [17:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-22 17:58:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin