Şəmkirdə evi yananda xəsarət alan müəllim öldü

14:49 - 21 Fevral 2020 - HADİSƏ

Şəmkir rayon Ələsgərli kəndində baş vermiş yanğın zamanı ağır yanıq xəsarətləri alan şəxs yerləşdirildiyi xəstəxanada ölüb.

Yanıq xəsarətləri ilə Bakı şəhərində xəstəxanaların birinə yerləşdirilən, 1978-ci il təvəllüdlü Zöhrab Əhmədov orada ölüb.

Qeyd edək ki, 10 gün əvvəl baş vermiş yanğın nəticəsində Z.Əhmədovun anası Mahı Bayramov hadisə yerində, 9 yaşlı oğlu isə xəstəxanada ölüb. Z.Əhmədov Ələsgərli kənd Tam Orta Məktəbin riyaziyyat müəllimi işləyirmiş./report

 

Xəbər xətti