Ceyhun Bayramov məktəb direktoruna tapşırıq verdi - Foto

12:38 - 21 Fevral 2020 - Xəbər

Təhsil naziri Ceyhun Bayramov Hacıqabul şəhər 10 nömrəli Texniki-Təbiət Fənlər Təmayüllü məktəb-liseydə olub. 

Təhsil Nazirliyindən verilən məlumata görə, nazir məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, eyni zamanda təhsil müəssisəsinin ümumi şəraiti, dərs otaqları, kitabxanası, idman və akt zalı ilə tanış olub, şagirdlərin dərsə davamiyyəti ilə maraqlanıb.

Daha sonra nazir məktəb-liseyin 5-ci sinfində tarix və alman dili dərslərinin tədrisi prosesini izləyib.

Nazir şagidlərə elektron resurslardan daha fəal istifadəni tövsiyə edib, həmçinin təhsil ocağının rəhbərliyinə məktəb kitabxanasının zənginləşdirilməsinə dair tapşırıq verib./report


Xəbər xətti