MSK: Videoda öldüyü deyilən qadın ölməyib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında sosial şəbəkələrdə yayılan “Sənin üçün ölüb, bizim üçün ölməyib” videogörüntüsü müzakirə edilib.

İclasda həmin dairə üzrə namizəd Ramin Göyüşovun şikayəti barədə məlumat verən MSK üzvü Bəxşeyiş Əsgərov bildirib ki, videogörüntü 107 saylı Qazax seçki dairəsində qeydə alınıb.

MSK üzvü qeyd edib ki, həmin videoda öldüyü deyilən vətəndaş ölməyib: “Sadəcə həmin şəsx bir neçə müddət bundan əvvəl rayondakı evindən övladını götürərək Bakıya köçüb. Videonu çəkən şəxs həmin qadının öldüyünü məcazi mənada deyib. Biz həmin görüntüləri araşdırıb və bir neçə mənbədən təsdiqləmişik ki, həmin qadın həyatdadır”./trend

Tarix
20 Fevral 2020 [19:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-20 19:45:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Koronavirusla bağlı gigiyenik qaydalara əməl edirsiniz?
 bəli
 xeyr
 bəzi hallarda
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin