Sürət qatarı piyadanı belə vurdu - ANBAAN VİDEO

14:13 - 19 Fevral 2020 - HADİSƏ

Rusiyanın Sankt-Peterburq şəhərində Slavyanka dəmiryolu stansiyası yaxınlığındakı keçiddə sürət qatarı piyadanı vurub.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, piyada keçidinə daxil olan şəxs qatarın gəldiyinə fikir verməyib. Bütün səsli xəbərdarlıqlara baxmayan piyadanı qatar vuraraq bir neçə metr kənara tullayıb.

Qəzadan sonra maşinistin ifadəsinin alındığı bildirildi. Lakin təhlükəsizlik kamerası görüntülərində maşinistin günahkar olmadığı və sərbəst buraxıldığı bildirilir.

Xəbər xətti