"Mən öləndə ağlama" tamaşası Türkiyədə mükafat qazanıb

11:42 - 18 Fevral 2020 - Mədəniyyət

8-16 fevral tarixində Türkiyənin Diyarbəkir vilayətində birinci Solo Beynəlxalq Teatr Festivalı baş tutub.

Ucnoqta.az xəbər verir ki, xarici ölkələrin iştirak etdiyi bu festivalda ölkəmizdə təmsil olunub. Ölkəmizi bu festivalda Gənc Tamaşaçılar Teatrının kollektivi təmsil edib. Baş rolu Səbinə Məmmədovanın canlandırdığı "Mən öləndə ağlama" tamaşası da təltif olunanların sırasında olub.

Festival barədə açıqlama verən aktrisa Səbinə Məmmədova deyib ki, hər şey yüksək səviyyədə idi və festivalda ölkəmizi layiqincə təmsil ediblər. Aktrisa onlar üçün belə bir şəraiti yaratdığına görə Gənclər və İdman Nazirliyinin əməkdaşları İntiqam müəllimə və Günay xanıma təşəkkürünü bildirib.

Qeyd edək ki, tamaşa Gənclər və İdman Nazirliyinin dəstəyi ilə festivala qatılıb.


Xəbər xətti