Miri Yusifdən sonra onu seçdi - Video

10:46 - 18 Fevral 2020 - MAQAZİN

Xalq artisti Röya Ayxan bu aya olan sayca ikinci duet layihəsini təqdim edib. 

Sənətçi Xalq artisti Miri Yusifdən sonra müğənni Yaşar Cəlilovla duet oxuyub. Musiqisi Pərviz Mahmudova, sözləri Leyli Erola və aranjimanı Tərlan Məmmədhüseynova məxsus mahnı “Gəlmə yaxınıma” adlanır.

Cütlük mahnını ekranlaşdırmaq üçün yenə Fərhad Əliyə müraciət edib. Çəkilişlər Bakıda baş tutub.

Röyanın imici üzərində stilist Elnur Həsənov çalışıb. Klip R. Ayxanın rəsmi “Youtube” səhifəsində yerləşdirilib.

Xatırladaq ki, layihənin prodüserləri Vüsal Rzazadə və Vüsalə Kərimovadır./qafqazinfo

 

Xəbər xətti