Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib

11:45 - 17 Fevral 2020 - Xəbər

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 150 nəfər müraciət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Məlumatda bildirilir ki, sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək.

QMİ-dən həmçinin bildirilib ki, bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.

Xəbər xətti