Bakıda "Hyundai" və “Mercedes” toqquşdu - yaralanan var

09:49 - 17 Fevral 2020 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda "Hyundai" markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər./trend

 

Xəbər xətti