Bakıda dörd avtomobil toqquşdu, xəsarət alan var

08:32 - 17 Fevral 2020 - HADİSƏ

Bakının Suraxanı rayonunda zəncirvarı yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 208 nömrəli tam orta məktəbin qarşısında qeydə alınıb. Dörd avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Cəfərova Sevinc İldırım qızı xəsarət alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti