Çində koronavirus qurbanlarının sayı 1770 nəfərə çatıb

08:10 - 17 Fevral 2020 - DÜNYA

Çində koronavirusa yoluxanların sayı 70 548 nəfərə çatdı, onlardan 1770 nəfər ölüb, 10 844 nəfər isə sağalıb. Trend-in məlumatına görə, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Regional Komitəsinin xəbərində bildirilir. Honq Konqda yeni növ koronavirusa 57 (onlardan biri ölüb, ikisi sağalıb), Makaoda 10 (onlardan beşi artıq evə buraxılıb), Tayvanda 20 yoluxma halları (onlardan biri ölüb, ikisi sağalıb) qeydə alınıb.

Xəbər xətti