Azərbaycanlı 1 uşaq anası Türkiyədə intihar edib

16:00 - 16 Fevral 2020 - HADİSƏ

Türkiyədə azərbaycanlı qadının meyiti tapılıb.

Haberler.com-un məlumatına görə, hadisə Manisanın Turqutlu rayonunda baş verib. Bildirilib ki, tapılan meyit 27 yaşlı Natella Rüstəmovaya məxsus olub. İlkin ehtimallara görə, o, yaşadığı evin tavanından özünü asaraq, intihar edib. Bir uşaq anasının cəsədini işdən evə qayıdan həyat yoldaşı aşkarlayıb.

Hadisənin səbəbləri məlum deyil. /Musavat.com

Xəbər xətti