Gəncədə avtobusun vurduğu piyada ölüb

10:40 - 16 Fevral 2020 - HADİSƏ

Gəncədə piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

11 saylı xətt üzrə işləyən mikroavtobus yolu keçmək istəyən 1934-cü il təvəllüdlü Abbasov Eldar Qara oğlunu vurub. Yaşlı kişi sürücü tərəfində xəstəxanaya aparılıb. Lakin həkimlərin səyinə baxmayaraq, Eldar Abbasovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti