Bakıda narkotacirlər tutulub

14:42 - 15 Fevral 2020 - HADİSƏ

Bakıda 1 kiloqramdan çox heroin dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş İ.Əliyevə narkotiki satmaqda şübhəli bilinən Balaxanı qəsəbə sakini T.Ağayev müəyyən edilib. Onun yaşadığı evdən 508 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə T.Ağayevə narkotik vasitəni satmaqda şübhəli bilinən Biləsuvar rayon sakini İ.Hüseynov  da müəyyən edilərək saxlanılıb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı oradan 525 qram heroin, 131 qrama yaxın tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti