Gənc qızla eşq yaşayan kişinin arvadı: "Ərim səhər işə gedib, axşam evə qayıdıb" - VİDEO

Evli kişidən uşaq dünyaya gətirən Səlihətin yaşadıqları ictimaiyyətdə böyük müzakirələrə səbəb olub. Əlində bir uşaqla ortalıqda qalan tənha ana "Səni axtarıram" proqramına gələrək, uşağına atalığın verilməsini tələb edir. 

Uşağın atası kimi adı hallanan Elşənin həyat yoldaşı Səlihətin söylədiklərinə inanmadığını deyib: "Üç uşağımız var. O qız orada deyir ki, Elşən 1 il onunla bir evdə qalıb. Mənim həyat yoldaşım səhər işə gedib, axşam evə qayıdıb. Evdə qalmadığı bir gecə olmayıb. Mənim yoldaşımın səhv hərəkəti ola bilər, bir söz demirəm, bəraət də qazandırmıram. Ərim 1 il onunla bir evdə qalıbsa, bəs gecələr bizim evdə qalan kim olub?"

Lənkəranın Kərgəlan kəndindən olan İsmayılov Elşən Novruz oğlu "Səni axtarıram" proqramına gəlsə də, üzünün efirdə görünməsini istəməyib. O, Səlihətin söylədiyi kimi eyni evdə yaşamadıqlarını deyib və onunla 3 dəfə bərabər olduğunu deyib. Elşən üç uşaq atası olduğunu, həyat yoldaşını sevdiyini və Səlihətin adını belə bilmədiyini deyib.
Onun bu söylədikləri Səlihəti özündən çıxarıb və pərdə arxasına keçərək söhbəti üz-üzə davam etdirib. Gənc qadın onun söylədiyi heç bir sözü qəbul etməyib və DNT analizi tələb edib. Elşən də uşağın atalığının müəyyən edilməsi üçün nəzərdə tutulan analizin keçirilməsinə razılıq verib.

Qeyd edək ki, Balakən rayon Kortala kəndindən Bakıya oxumağa gələn Səlihət 2017-ci ildə Lənkəranın Kərgəlan kəndindən olan İsmayılov Elşən Novruz oğlu ilə tanış olub. Elşən tələbə qıza subay olduğunu bildirərək onunla münasibət qurub. 1 il Bakıda kirayə tutduqları evdə bərabər yaşayıblar. Evli kişi tələbə qızın hamilə olduğunu öyrəndikdən sonra aradan çıxıb. 2018-ci ildə Səlihət Elşəndən uşaq dünyaya gətirib. Hazırda Elşənin 35, bir uşaqla ortalıqda qalan qadının 22 yaşı var. Atası axtarılan uşağın isə 2 yaşı var./baku.ws

Tarix
14 Fevral 2020 [14:59]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-14 14:59:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin