Bu marşrutlar müsabiqəyə çıxarıldı

12, 24, 32, 35, 67, 93 və 211 nömrəli müntəzəm marşrut xətləri üzrə elan edilən müsabiqənin şərtləri açıqlanıb.

Şərtlərlə Bakı Nəqliyyat Agentliyinin rəsmi internet səhifəsində müsabiqələr bölməsində tanış olmaq mümkündür. Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanununa, Nazirlər Kabinetinin  2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyənlər 24.02.2020-ci il tarixi, saat 17:00-dək BNA-ya müvafiq ərizə ilə müraciət etməlidirlər.  /qafqazinfo

Tarix
14 Fevral 2020 [11:44]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-14 11:44:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin