Ana səhifə Mobil versiya
28 Sentyabr 2020

Seçkilərdə xoşagəmləz hallara yol verənlər ciddi şəkildə cəzalandırılacaqlar

Fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan xoşagəlməz hallar ümumi seçki məntəqələrinin heç 2 faizini təşkil etmir.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Real TV-yə müsahibəsində deyib.

M.Pənahov bildirib ki, sosial şəbəkələrdə yayılan materialların çəkildiyi bütün məntəqələrdə seçkilərin nəticəsini ləğv etsək belə, 5 573 seçki məntəqəsinin cəmi 2 faizini təşkil edəcək, yəni bu, təqribən 100 məntəqə deməkdir:
"Bəzən insanlarda belə təsəvvür yaranır ki, bütün ölkə üzrə pozuntular baş verib, ancaq bu, belə deyil. Əlbəttə, biz arzu edərdik ki, o xoşagəlməz hallar da olmasın. Ancaq mən həmişə demişəm, bütün xoşagəlmız hallar qanunvericiliyin tələbinə çox ciddi yanaşmaqla həll olunacaq, xoşagəlməz hallara yol verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar”./trend

 

Tarix
14 Fevral 2020 [10:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-14 10:21:49
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin