Ana səhifə Mobil versiya
28 Sentyabr 2020

Tramp: “Telefon danışıqlarıma 25 nəfər qulaq asır”

Ukraynanın dövlət başçısı Vladimir Zelenski ilə telefon söhbətinə görə impiçment proseduru ilə üzləşmiş ABŞ prezidenti Donald Tramp bildirib ki, Ağ Evin digər əməkdaşlarının onun xarici liderlərlə söhbətinə qulaq asması təcrübəsinə son qoya bilər.

Birləşmiş Ştatların rəhbəri bu barədə “Iheart” radiostansiyasının müsahibəsində deyib. Ağ Ev rəhbəri əlavə edib ki, ənənə əvvəlki administrasiyalardan miras qalıb.
"Bu, çox illər boyunca mövcuddur. Nə vaxt ki, xarici liderə zəng edirsən, insanlar sənə qulaq asırlar. Mən bu təcrübəyə son qoya bilərəm", - Tramp deyib.

Onun sözlərinə görə, prezident zənglərinin monitorinqində bəzən administrasiyada təcrübə keçənlərdən dövlət katibinə qədər 25-ə yaxın insan iştirak edir./report

Tarix
14 Fevral 2020 [09:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-14 09:01:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin