Ağstafada 77 yaşlı qadın intihar etdi

22:14 - 13 Fevral 2020 - HADİSƏ

Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.

Hadisə Zəlimxan kəndində baş verib. Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.

Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlərlə əlaqədar olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır./report

Xəbər xətti