Ana səhifə Mobil versiya
28 Sentyabr 2020

Bakıda ilin ilk beynəlxalq yarışı start götürür

Fevralın 15-də Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokuna start veriləcək. 

Məlumata görə, iki gün davam edəcək yarış Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Yarışın ilk günündə təsnifat, ikinci günü isə final mərhələləri keçiriləcək. Dünya Kubokunda Azərbaycanı Selcan Mahsudova batut, Fərid Mustafayev isə tamblinq növündə təmsil edəcək.

Turnirdə ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim olunacaq.

Qeyd edək ki, Dünya Kubokunda 30 ölkənin 150-dək gimnastı mübarizə aparacaq. Biletləri Arenanın kassasından, həmçinin onlayn https://ticketing.mga.az/ əldə etmək mümkündür. Təsnifat günü üçün biletlərin qiyməti 10 manat, final gününə 15 manat təşkil edir. Ötən il Bakıda baş tutmuş batut gimnastikası üzrə Dünya Kuboku da olimpiadaya təsnifat xarakterli olub. 2021-ci ildə isə Azərbaycanda ilk dəfə batut gimnastikası üzrə dünya çempionatı təşkil ediləcək./report

 

Tarix
13 Fevral 2020 [14:54]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-02-13 14:54:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin