Azərbaycanlı prodüsser: "Məni çimizdirən var" - VİDEO

19:47 - 12 Fevral 2020 - MAQAZİN

"Canım, məni çimizdirirlər. Arzu edirəm, səni də çimizdirsinlər".

Bu sözləri prodüser Mədinə Məlik onu xəbər səhifələrində uzun dırnaqlarına görə tənqid edən qıza cavab verərkən söyləyib. Uzun dırnaqları ilə fərqlənən tanınmış prodüser ARB TV-nin "Show news" verilişində tez-tez "belə uzun dırnaqlarla necə çimirsən?" sualı ilə üz-üzə qaldığını deyib:

"O qıza demək istəyirəm ki, narahat olmasın, məni çimizdirən var. Mənim dırnaqlarımın dərdini çəkməyin. Düşünürəm ki, bununla çox insanın cavabını verdim".
M.Məlik uzun illərdir, bu dırnaqlarda olduğunu, artıq öyrəşdiyini, hətta dırnaqlarının təbii dırnaqlardan daha təmiz və gigiyenik olduğunu əlavə edib./baku.ws 

Xəbər xətti