Bakıda 37 yaşlı kişi dayısını bıçaqlayıb - Foto

21:48 - 11 Fevral 2020 - HADİSƏ

Bakının Xətai rayonunda kişi bacısı oğlu tərəfindən bıçaqlanıb.

Hadisə N.Şükürov küçəsindən baş verib. 52 yaşlı İsmayılov İsmayıl Cabbar oğlu mənzildə şəxsi mübahisə zəmnində bacısı oğlu, 1983-cü il təvəllüdlü Arif Qənbərov tərəfindən bıçaqlanıb. Yaralı elə hadisəni törədən şəxs tərəfindən 1 saylı şəhər xəstəxanasına çatdırılıb.

A.Qənbərov polis tərəfindən saxlanılıb. 
 Faktla bağlı araşdırma aparılır./Apa


Xəbər xətti