Peterburqlu qadın koronavirus karantinindən qaçdı

18:51 - 11 Fevral 2020 - DÜNYA

Sankt-Peterburqun 32 yaşlı sakini koronavirus şübhəsi ilə yerləşdirildiyi Botkinsk xəstəxanasının karantin otağından qaçıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, qadın yanvarın 30-da Çindən qayıdıb, fevralın 4-də isə boğaz ağrısı ilə təcili yardıma müraciət edib. Əvvəlcə bir gün karantinə alınacağı deyilsə də, ikihəftəlik karantinə göndərilən qadın dəqiq elmləri bildiyi üçün elektrik zəncirini bağlayıb qıfılı sındıraraq qaçdığını bildirib. O əlavə edib ki, həkimlərin indiyədək onu axtarmamaları təəccüblüdür.

Rusiyanın İstehlakçı hüquqlarının müdafiəsi və insan rifahına nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) məsələ ilə bağlı açıqlama verməkdə çətinlik çəkib.

Xəbər xətti