Bakıda dəhşətli qəza: “KamAz” avtobus və beş avtomobili əzdi - ANBAAN VİDEO

16:20 - 11 Fevral 2020 - HADİSƏ

Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayımlanıb.

Qəza zamanı “KamAz” markalı yük avtomobili altı nəqliyyat vasitəsini əzib. Belə ki, yük maşını işıqforun qırmızı işığında dayanan avtomobillərə çırpılıb. Nəticədə, maşınlardan biri aşıb.

Qəzada zərər görən nəqliyyat vasitələrindən biri sərnişin avtobusu olub.
Hadisə zamanı xəsarət alanların olduğu bildirilib.

Xəbər xətti