Şou-biznesin 4 məşhuru Moskvada barışdı - Foto

15:14 - 11 Fevral 2020 - MAQAZİN

Azərbaycanın 4 məşhur şou-biznes üzvü barışığa imza atıb. 

Onlar Xalq artistləri Brilliant Dadaşova, Röya Ayxan, Əməkdar artist Abbas Bağırov və müğənni Zamiq Hüseynovdur.

Bir müddət əvvəl Röyanın “3 D” proqramında Dadaşova barədə söylədiyi fikirlərdən sonra başlayan gərginlik, Zamiqlə Abbasın uzun illərdir davam edən küsülülüyü sona çatıb. Belə ki, 4 tanınmış şəxs Moskvada təşkil olunmuş tədbirlə bağlı bir araya gəliblər.

Sosial şəbəkədə paylaşılan fotolardan məlum olub ki, tərəflər artıq soyuq münasibətlərə son qoyublar.

Xatırladaq ki, Röya Brilliant Dadaşovanın erməni ifaçıya “super” şərhini yazmasını qınamışdı.  Dadaşova isə sosial şəbəkədə ard-arda video paylaşaraq Röyaya sərt cavab vermişdi. /qafqazinfo

 


Xəbər xətti