Hava şəraiti ilə əlaqədar təcili yardıma iki müraciət olub

11:34 - 11 Fevral 2020 - Cəmiyyət

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma iki müraciət olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib.

Onlardan birində sol diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Müraciət edən şəxslərdən biri hospitalizasiya edilib, digəri yardım göstərildikdən sonra evə buraxılıb.

 

Xəbər xətti