Nərimanovda avtomobil piyadanı vurub öldürdü

13:26 - 10 Fevral 2020 - HADİSƏ

Nərimanov rayonunun Təbriz küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 9-da saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini E.Aydınov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti