Bu gün seçkilərlə əlaqədar təşviqat kampaniyasının sonuncu günüdür

09:00 - 7 Fevral 2020 - Xəbər

Milli Məclisə seçkilərlə əlaqədar deputatlığa namizədliyi qeydə alınmış şəxslərin seçkiqabağı təşviqat kampaniyası sabah başa çatır.

Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi  partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.

Fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 8-i saat 08:00-a qədər olan dövrü əhatə edir.

Qeyd edək ki, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən aparılan seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış yəni, yanvarın 17-də başlanıb. /Apa  

Xəbər xətti