Salyanda "KamAZ" yanıb

08:03 - 7 Fevral 2020 - HADİSƏ

Salyan rayonunun yüklə dolu avtomobil yanıb. APA FHN-in saytına istinadən xəbər verir ki, hadisə Birinci Varlı kəndində qeydə alınıb. Nəticədə "KamAZ" markalı yük avtomobilinin mühərrik hissəsi və banına yığılan 10 ton ot bağlamasının 4,5 tonu yanıb. Avtomobilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti