Ağcabədidə “Mercedes” aşdı: Sürücünün oğlu öldü

12:35 - 5 Fevral 2020 - HADİSƏ

Ağcabədi rayonunun Boyat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 4-də saat 11 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Ağdam rayon sakini Ş.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini olan oğlu Nəcməddin xəstəxanaya yerləşdirilib. Sərnişin orada ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti