Ucnoqta.az
www.ucnoqta.az

Ağcabədidə “Mercedes” aşdı:<font color=red><b> Sürücünün oğlu öldü</b></font>

12:35 - 5 Fevral 2020 tarixində dərc olunub.

Ağcabədi rayonunun Boyat kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, fevralın 4-də saat 11 radələrində Ağcabədi rayonunun Boyat kəndi ərazisində Ağdam rayon sakini Ş.Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini olan oğlu Nəcməddin xəstəxanaya yerləşdirilib. Sərnişin orada ölüb.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır./trend

Müəllif: