Gürcüstanda torpaq sürüşməsi baş verdi, yol bağlandı

16:59 - 4 Fevral 2020 - DÜNYA

Gürcüstanın Acarıstan bölgəsinin Keda rayonunun Maxuntseti kəndi ərazisində torpaq sürüşməsi baş verib.

İntensiv yağışların səbəb olduğu hadisə zamanı xəsarət alan olmayıb.

Torpaq sürüşməsi nəticəsində Batumini Xulo kəndi ilə birləşdirən əsas avtomobil yolu bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti iflic olub.

Yolun təmizlənməsi üçün sahəyə xüsusi texnika cəlb olunub. /report

 

Xəbər xətti