Vilayət Eyvazov polkovniki yeni vəzifəyə təyin edib

17:21 - 3 Fevral 2020 - Xəbər

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovniki Sərdar Səfərov BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Faktı “Report”a BŞBPİ-nin Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edək ki, S.Səfərov bu təyinata qədər BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini təyin edilib./report

 

Xəbər xətti