Ramiz Məmmədova “Şöhrət” ordeni verilib

17:18 - 3 Fevral 2020 - Xəbər

Prezident İlham Əliyev Ramiz Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda elmin inkişafında xidmətlərinə görə Ramiz Mahmud oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, fevralın 4-də coğrafiyaçı alim, Dövlət mükafatı laureatı, Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti, AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun 70 yaşı tamam olur.

 

Xəbər xətti