Səməd Seyidov AŞPA-nı Azərbaycana qarşı təzyiqlərə son qoymağa çağırıb

16:05 - 30 Yanvar 2020 - SİYASƏT

"Bu hesabat ədalətli deyil və biz belə bir sənədi qəbul etməyəcəyik". 

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.

O, AŞPA-nı Azərbaycana qarşı təzyiqlərə son qoymağa çağırıb: "Biz əməkdaşlığa və dialoqa qarşı deyilik. Parisdə Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı konstruktiv yanaşma nümayiş etdirilmişdi. Lakin sonradan Azərbaycana qarşı təzyiqlər başladı. Halbuki Azərbaycanda islahatlar gedir. Ölkədə əfv fərmanları verilib. Azərbaycan hər zaman əməkdaşlığa, dialoqa açıq olub. Lakin bu hesabat ədalətli deyil və biz onu qəbul etməyəcəyik". 

Xəbər xətti